Futbolda intuisiya, risk, kritik anlarda obyektiv, cəsarətli addım(lar)... - - Tahir Süleymanov yazır..

Futbolda intuisiya, risk, kritik anlarda obyektiv, cəsarətli addım(lar)... - Tahir Süleymanov yazır..

Futbolda intuisiya, risk, kritik anlarda obyektiv, cəsarətli addım(lar) qələbəni təmin edir.
Afrika Millətlər Liqası, Qana-Tunis qarşılaşması. Əsas və əlavə edilmiş 30 dəqiqədə qalib müəyyənləşmir (1:1). 120-ci dəqiqədə Tunisin baş məşqçisi qapıçını dəyişir və dərhal da oyun bitir. Final fiti səsləndikdən heç əlcək sahibi topa belə toxuna bilmir...
24 yaşlı əsas qapıçı M.Assen dəyişikliyə çılğın etirazını bildirir, nə kapitan Xəzri, nə də ki, digər futbolçular onu sakitləşdirə bilmirlər. Hətta köməkçi məşqçinin məsləhətinə belə kəskin reaksiya göstərir. Qısa müddətdə 11-lər vurulacaq, qapıçı komandada bütün konsentrasiyanı pozur...
Bir kefini pozmayan, tam penaltilərə köklənən, həmkarına fikir verməyən 30 yaşlı təcrübəli qapıçı Ben Mustafadır...
Komanda yoldaşı nəinki ona uğurlar arzulamır, hər qapılarına qol vurulanda az qalır sevinsin...
Ben Mustafa qapıda inamını itirməyərək penaltilərdən birini qaytararaq Tunisi 1/4 finala çıxarır...
Fransa U-21-ə kimi yığmada çıxış edib sonda Tunis millisini seçən Assen dərhal komandanı tərk edib Fransaya qayıtsa daha yaxşı olar. Əgər meydanda etdiyi "qətiyyəti" kimi cəsarəti varsa...
Belə niyyətliləri millidə bir dəqiqədə belə saxlamaq olmaz.
Baş məşqçinin ağıllı risk edib mərhələni qazandığına, təcrübəli qapıçıya isə soyuqqanlığı, ümidləri doğrultduğuna görə ancaq alqış düşür! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !