Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib - ( +FOTO=2 )

Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib ( +FOTO=2 )

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlara uyğun olaraq notariat xidmətinin təkmilləşdirilməsi çərçivəsində notariuslar tərəfindən qanunvericilikdəki yeniliklərin mütəmadi öyrənilməsinə və mütərəqqi təcrübələrə yiyələnməsinə, onların beynəlxalq əlaqələrinin genişlənməsinə böyük əhəmiyyət verilir.
Bu sahədə notariusların fəaliyyətinin əlaqələndirilməsində, onların peşə hazırlığının artırılması məqsədilə təlimlərin təşkilində, notariat sahəsində müsbət təcrübələrin təşviqində, digər dövlətlərin notariusları, həmçinin beynəlxalq təşkilatlarla səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirilməsində notariat palataları mühüm rol oynayır.
Notariusların müstəqil özünüidarə orqanı olan notariat palataları dünyanın bir çox inkişaf etmiş ölkələrində fəaliyyət göstərir, həmçinin 80-dən artıq dövlətin notariusları Beynəlxalq Notariat İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Notariat Palatasının yaradılması ölkəmizdə də gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib, Beynəlxalq Notariat İttifaqı ilə uzun illər sıx əməkdaşlıq, digər dövlətlərin notariat palataları ilə səmərəli qarşılıqlı fəaliyyət, yaxşı təcrübələrin öyrənilməsi məqsədilə birgə tədris tədbirlərinin mütəmadi təşkili nəzərə alınaraq ölkəmiz üçün uyğun olan Notariat Palatasına dair müvafiq təkliflər hazırlanıb.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında, Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində "Notariat haqqında" Qanuna edilmiş əsaslı dəyişikliklərlə Azərbaycanda Notariat Palatasının yaradılması təsbit olunub.
Ölkəmiz üçün yeni olan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.
İyulun 8-də Bakıda Fairmont otelində Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.
Təsis yığıncağında çıxış edən Ədliyyə nazirinin müavini Toğrul Musayev son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi inkişafının təmin olunaraq əhalinin həyat şəraitinin xeyli yaxşılaşdığını, mülki dövriyyənin dairəsinin genişləndiyini vurğulayıb, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlardan bəhs edib.
Qeyd olunub ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb, xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Eyni zamanda, ictimai xidmətlərin müasir modeli olan "ASAN xidmət çərçivəsində verilən sənədlərin yarıya qədəri həmin mərkəzlərdə fəaliyyət göstərən xüsusi notariusların rəsmiləşdirdiyi sənədlərdir.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin nailiyyətlərinin, o cümlədən ASAN xidmət təcrübəsinin dünyada böyük maraq doğurduğu diqqətə çatdırılaraq ötən ay Bakıda "2019 Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlər Forumu və Mükafatlandırılması Mərasimi"nin keçirilməsi və Forumun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dərin və məzmunlu çıxışı xüsusilə qeyd olunub.
Tədbirdə həmçinin bildirilib ki, yeni qanunvericiliyə əsasən notariat sahəsində mütərəqqi innovasiyalar, o cümlədən vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və məsafədən xidmətlərin göstərilməsinə, notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və mobil notariat qovluğu istifadəyə verilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.
Notarius vəzifəsinin olduqca əhəmiyyətli peşə olduğunu bildirən nazir müavini diqqətə çatdırıb ki, hər bir notarius vəzifə borcunu ləyaqətlə icra etməli, vətəndaşlara hər zaman layiqli xidmət göstərməli, qanunun aliliyini, "ASAN" standartlarını daim rəhbər tutmalı, notariusun etik davranış Kodeksinə dönmədən əməl etməlidir. T.Musayev notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizdə ilk dəfə olaraq Notariat Palatasının yaradılmasını Azərbaycan notariat tarixində əlamətdar hal kimi dəyərləndirib, palatanın notariat fəaliyyətinin səmərəli təşkilində, bu sahədə Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına dəyərli töhfələr verəcəyinə və ictimaiyyətin böyük rəğbətini qazanacağına əminliyini ifadə edib.
Tədbirdə açıq səsvermə yolu seçilmiş ilə iclasın sədri Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Ə.Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Nizamnaməsi yekdilliklə qəbul olunmaqla Azərbaycan Notariat Palatası təsis edilib.
Daha sonra Palatanın idarəetmə orqanlarının seçkisi keçirilərək İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.
Vətəndaş cəmiyyətinin nümayəndələri və digər çıxış edənlər Notariat Palatasının ölkədə notariusların fəaliyyətinin səmərəliliyinin artırılmasına və təşkilatlanmasına, bu sahədə yaxşı təcrübələrin mübadiləsinə, onların beynəlxalq qurumlarla daha fəal əməkdaşlıq etməyə imkan yaradılmasına xidmət edəcəyini vurğulayıblar.
Sonda "Ən müasir şəraitli notariat ofisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !