Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb - ( +FOTO=25 )

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb ( +FOTO=25 )

İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda və Talassemiya Mərkəzində olub, burada müalicə alan uşaqlarla görüşüb.

Leyla Əliyeva əvvəlcə paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gəldi. Məlumat verilib ki, hazırda burada 135 uşaq müalicə alır. Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlanıb, xəstəxananın müxtəlif şöbələrində müalicə alan uşaqlara görüşüb, onların valideynləri ilə söhbət edib. Leyla Əliyeva balacaların tezliklə sağalmasını arzulayıb, onlara hədiyyələr təqdim edib.

XXX

Sonra Leyla Əliyeva Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində olub.

Burada Leyla Əliyevaya müalicə olunan uşaqlar, onların reabilitasiya prosesi haqqında məlumat verilib.

Leyla Əliyeva mərkəzdə müalicə olunan uşaqlarla görüşüb, onları müxtəlif hədiyyələrlə sevindirib.

1971-ci ildə inşa edilən bu mərkəzin, həmçinin cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında da müstəsna xidmətləri var.

Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunan uşaqlara şəfa diləyib.

XXX

Leyla Əliyeva Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutuna gəlib.

Leyla Əliyevaya institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə də tanış olub. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan bu layihə burada müalicə olunan məktəbyaşlı uşaqlar üçün distant təhsil almaq imkanı yaradır.

XXX

Daha sonra Leyla Əliyeva Talassemiya Mərkəzində olub. Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı çox mühüm tədbirlər görür, bu istiqamətdə ixtisaslaşmış peşəkar kadrların yetişməsi üçün zəruri proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən insanların şəfa ocağına çevrilib. Elə mərkəzin yaradılmasında da əsas məqsəd ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !