Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib - - Osman Gündüz yazır..

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib - Osman Gündüz yazır..

Məlumdur ki qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə DRON gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX, DTX, DSX və MN-in də icazəsini təqdim etməliydi.
Xatırlayıram ki bir müddət öncə hörmətli millət vəkilimiz Tahir Mirkishili, qəribə də olsa belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi.
Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik.
Lakin DRON gətirilməsinə icazə vermək istəyənlərin sayı günü -gündən artır.
İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib.
Beləliklə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur.
Belə görünür ki, növbəti mərhələdə K/T Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər.
Fikrimcə bu cür yanaşma doğru deyil.
Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Kordinasiya səlahiyyətləri XDMX –ya verilib.
Belə olan halda DRON –la əlaqəli proseduraları bu qədər sərtləşdriməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun.
Düşünürəm ki DRON-ların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !