Səbəbi müəyyən edilməyən...ailə münaqişələri nədən yaranır? - - Təranə Məmmədova yazır..

Səbəbi müəyyən edilməyən...ailə münaqişələri nədən yaranır? - Təranə Məmmədova yazır..

Səbəbi müəyyən edilməyən, həll olunmayan və hədsiz uzanan ailə münaqişələri nədən yaranır?

 

Üçüncü şəxs kimi hallanan insanlar siz fərqində belə olmadan həyatınıza girərək, münasibətlərinizdə anlaşılmazlıq yaranmasına səbəb olurlar. Eşitdikləriniz fikirləri inkar edib, sevdiyiniz insana güvənmək yerinə, siz səslənən fikirlər ilə razılaşıb, ailənizdə problem yaratmağa üstünlük verirsiniz.
Bu mexanizm çox sadədir. Misal çəkərək sizə daha aydın şəkildə başa salmağa çalışacam:
1.​Fuad və Arzu ailə qururlar
2.​Qisas Fuadın dostu olduğu halda Arzu ilə yaxın münasibət yaradaraq, onu özünə cəlb etməyə çalışır
3.​Arzu “Mən evliyəm!” deyərək onu uzaqlaşdırır, bu halda isə Qisas cavab olaraq “Evli olsan nə olar ki, Fuad sənə xəyanət etdikdə heç bunları düşünmür də” kimi fikir bildirir.
4.​Bu ifadələr Arzuda Fuada qarşı şübhə hissə oyadır.
5.​Bu cütlüyün digər yaxın tanışları olan Kamran Fuada yaxınlaşaraq deyir ki : “Sənin həyat yoldaşın dəlidir ki, sən ona necə dözürsən?!”
6.​Fuad bu ifadəni gözləmədiyi üçün nə deyəcəyini bilmir və sakit qalaraq, heç nə demir.
7.​Bir-neçə gün keçdikdən sonra Fuad işləri uzandığı üçün evə qec qayıdası olur, Arzu isə o evə gəldikdə “ Sən mənə xəyanət edirsən, hə?!” deyərək, münaqişəyə səbəb yaradır.
8.​Fuad bu hadisəyə cavab olaraq “Düz deyirlər ki, sən dəlisən!” ifadəsin səsləndirir.
9.​Fuad və Arzu səhnənin əsas qəhramanlarına çevrilirlər, lakin onları səhnəyə çıxardan Qisas və Kamran kölgədə qalır.
Üçüncü şəxs hər kəs ola bilər, əsas olan sizin bu durumda münasibətdə olduğunuz insana inanaraq onun tərəfin saxlaya bilməyinizdir.
Bunun üçün üçüncü şəxsin kim olduğunu müəyyən edin. Sizə lazım olan 3 sual:
1.​Sənə mənimlə əlaqəli onu deyiblər ki, mən ….
2.​Dəqiq olaraq nə deyilib?
3.​Bunu sənə kim deyib?
Belə halda başa düşəcəksiniz ki, əslində ortada heç bir problem yoxdur, sadəcə sizin münsibətinizə zərər vermək məqsədi ilə üçüncü şəxsin yaratdığı anlaşılmazlıq var və bu da sizi mübahisə etməyə məcbur edir.
Üçüncü şəxs müəyyən edilmədiyi müddət ərzində, iki düçüncəli və sağlam insan aralarında olan güvən və etimadı itirərək, münasibətlərini məhv edə bilər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !