ÖMRƏ QISILIB QALMIŞAM - - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

ÖMRƏ QISILIB QALMIŞAM - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

ÖMRƏ QISILIB QALMIŞAM

 

Ömrə qısılıb qalmışam
Yetən adamı daşlayır.
Gündən asılı qalmışam,
Gözümü həsrət yaşlayır.


Gün vurur ahım üstünə,
Gələn sabahım üstünə,
Allah, günahım üstünə,
Ürək ağrını aşlayır...


Ürəyim necə ürəkdir?!
Canıma, sanki, kələkdir,
Könlü sovuran küləkdir,
Girib sinəmdə qışlayır.


Səbrim qalmayıb nazına,
Dönmüşəm sınıq sazına,
Can buna necə qızına?
Ağrısı candan başlayır...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !