ABAD və Qazaxıstan Respublikasının Türkistan vilayəti əməkdaşlıq edəcək - ( +FOTO=6 )

“ABAD” və Qazaxıstan Respublikasının Türkistan vilayəti əməkdaşlıq edəcək ( +FOTO=6 )

5 iyul tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında Niyyət protokolu imzalanıb.
Protokol “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türkistan vilayətinin icra hakiminin müavini Meirjan Mirzaliyev arasında imzalanıb.
Sənəd Azərbaycanın “ABAD” modeli əsasında Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.
Xatırladaq ki, “ABAD” – Ailə Biznesinə ASAN Dəstək – 2016-cı ildən həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşqul olan mikro kiçik və orta sahibkarlara dəstək göstərir. Bugünədək ABADçı-sənətkarların sayı artıq 300-ü ötüb. Sənətkarların əl işlərinin satışı üçün ölkənin fərqli coğrafi ərazilərində 9 etno-butik fəaliyyət göstərir. Burada Azərbaycanın milli ruhunu özündə daşıyan müxtəlif məmulatlar əldə etmək mümkündür. Dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində özünü təkmilləşdirmək istəyən şəxslər üçün isə Respublika üzrə “ABAD” Məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, Turkistan – Böyük İpək Yolu boyunca yerləşən tarixi ərazi olmaqla yanaşı, həmçinin türk dünyasının mənəvi paytaxtı hesab olunur. 2019-cu ilin sonunadək Türkistan vilayətində Böyük İpək Yolunun Ənənəvi Sənətkarlıq Mərkəzinin açılması nəzərdə tutulur. Layihəyə əsasən, mərkəzdə Türk dünyasını təmsil edən sənətkarlar orada yaşayaraq öz peşələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
Niyyət protokolu bu və digər layihələrdə “ABAD” və Türkistanın Böyük İpək Yolu Ənənəvi Sənətkarlıq Mərkəzi arasında təcrübə mübadiləsini nəzərdə tutur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !