Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib -

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir.

Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail oldu.

Ümumilikdə mövsüm ərzində baş verən canlanmanı, kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürdü.


Sumqayıt Dövlət Dram Teatrı yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” milli teatr mükafatı təsis etmişdir.

Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” Milli Teatr mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Naminasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcəkdir.

“Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı” nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcəkdir. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcəkdir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !