Milli Qəhraman Asif Məhərrəmovun anım günü keçirildi - +FOTO=17 ( AZpressAZ - T.Minə)

Milli Qəhraman Asif Məhərrəmovun anım günü keçirildi +FOTO=17 ( AZpressAZ - T.Minə)

AZpress.AZ xəbər agentliyinin məlumatına əsasən bildiririk ki, 3 İyul 2019- cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovun anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Öncə 2-ci Fəxri Xiyabanda Milli Qəhrəmanımızın məzarı ailə üzvləri, hərbçi yoldaşları, media nümayəndələri, şəhid ailələri və bir qrup ziyalı tərəfindən ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra tədbirin rəsmi hissəsi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında daha etdi.
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxananın direktor müavini Xalidə Musayeva açaraq tədbir iştirakçılarını salamlayaraq bu layilənin silsilə şəklində davam edəcəyini bildirdi. Layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün İsgəndərovaya təşəkkürünü bildirdi, uğurlar arzuladı. Daha sonra sözü Elnurə İsgəndərovaya verdi. Elnurə xanım layihənin məqsədinin gənclər arasında vətənpərvərliyin təbliği və Milli Qəhrəmanlarımızın şərəfli həyat yolunun daha dərindən öyrənilib aşılanmasıdır. Sonra Elnurə xanım sözü Prezident yanında QHT-larına dəstək şurasının üzvi, Tərxis olunmuş Hərbiçilərin Gənləri Maarifləndirmə İB-nin sədri, politoloq Emin Həsənliyə verdi. Emin müəllim öz çıxışında Asif Məhərrəmovun şərəfli həyat yolundan və onunla bağlı xatirələrindən geniş bəhs etdi və Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş “Haqqa həsr olunmuş ömür” filmini izləməyə dəvət etdi.
Filmi izlədikdən sonra istedadlı, vətənpərvər, gənc rəssam Fərman Qasımov Milli Qəhrəman Asif Məhərrəmovun portretini canlı-canlı işləyərək ailəsinə xatirə hədiyyəsi etdi.
Tədbir iştirakçılarından ehtiyatda olan polkovnik-leytenant Zakir Qarayev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Yazıçı-publisist, tərcüməçi Azər Hacıbəyli, Vətən səsi qəzetinin baş redaktoru Elşən Əliyev, Respublika Şəhid Ailələrinə qayğı cəmiyyətinin sədri Əliyev Müşfiq, veteran Elxan Həşimov, Xocalı Soyqrımını tanıtım İB-nin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Dünya, Ana və uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva və başqaları Milli Qəhrəman Asif Məhərrəmov haqqında öz dəyərli fikirlərini, xatirələrini bölüşdülər.
Sonda Milli Qəhrəmanın ailə üzvlərindən qardaşı Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və Milli Qəhrəmanın yeganə yadigarı, oğlu qol güləşi üzrə Dünya və Avropa çempionu Azər Məhərrəmov C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəhbərliyinə, Aygün və Elnurə İsgəndərovalara və iştirakçılara tədbiri ərsiyə gətirdiklərinə görə dərin təşəkkürlərini bildirdilər.


AZpress.AZ,Minə Türksoy. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !