İLAHİ, EYLƏ MƏNƏ EŞQİNİ İZHAR - - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

İLAHİ, EYLƏ MƏNƏ EŞQİNİ İZHAR - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

İLAHİ, EYLƏ MƏNƏ EŞQİNİ İZHAR

 

İlahi, eylə mənə eşqini izhar, gəlirəm,
Bil ki, səcdə evinə aşiq olan var, gəlirəm.

 

Pak odunla alışıb yanmağa hazırdı könül,
İstəsən eyləyərəm eşqimi mən car, gəlirəm.

 

Bu həyat aləminə olmadı amadə ürək,
Eləyib dilimi lal, qulağımı kar, gəlirəm.

 

Sənin atəşini çox hifz eləyib cövr edirəm,
Elə bu aşqini hücrənə dildar, gəlirəm.

 

Axıdıb gözlərimin yaşını bu dövrü-cahan,
Elədim ömrü boyu haqqına ilqar, gəlirəm.

 

Can deyib canıma düşmən elədim aləmi mən,
Günümü aha büküb eylədilər dar, gəlirəm.

 

İlahi, mən çəkəni çəkməsin heç bəndələrin,
Hörülüb yollarıma sədd dolu divar gəlirəm.

 

Axıdır gözlərimin yaşlarını həsrət odu,
Çoxalıb dərya təki aləmi suvar, gəlirəm.

 

Şadimana çox dedim, götürmədi ibrətini,
Ömrümü zülmə salıb daddılar min bar, gəlirəm.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !