Yaqub Mahmudov Beynəlxalq Türk Akademiyasının da həqiqi üzvü seçildi - (+FOTOLAR)

Yaqub Mahmudov Beynəlxalq Türk Akademiyasının da həqiqi üzvü seçildi (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə Akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb.

Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şuranın iclasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə Akademiyanın diplomunu, “Beynəlxalq Qızıl Ulduz” medalı və vəsiqəsini, mantiyanı Yaqub Mahmudova təqdim edib.

E.İsgəndərzadə deyib ki, Akademiyanın medalına türk dünyasının çox məşhur insanları Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər: “Azərbaycandan Akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz Ramiz Mehdiyev, Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə və başqaları seçiliblər. Yaqub Mahmudov 1000-dən çox elmi əsərin müəllifidir, onun 15 cildlik “Seçilmiş əsərləri” var. O, milli-azadlıq hərəkatının gerçək qəhrəmanlarından biridir”.

Tarixçi alim təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkür edərək bildirib ki, bu, yalnız ona yox, həm də Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir. O, Akademiyaya ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı hədiyyə edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !