Milli Məclisdə İşçi qrup yaradıldı - - Yeni təhsil qanunu hazırlayacaq

Milli Məclisdə İşçi qrup yaradıldı - Yeni təhsil qanunu hazırlayacaq

İyulun 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil Nazirliyi təmsilçilərinin və mütəxəssislərin iştiraki ilə keçirilən iclasda "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilib.

Bildirlib ki, İşçi qrupun sədri İsa Həbibbəyli, sədr müavinləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Təhsil nazirinin müavini İdris İsayevdir. İşçi qrupda Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Kəmalə Əliyeva, Musa Qasımlı, Pərvin Kərimzadə, Asim Mollazadə, Təhsil Nazirliyin mütəxəssisləri təmsil olunublar.
İsa Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə, eyni zamanda, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.

Müzakirələr zamanı çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil Nazirliyinin təmsilçiləri İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.

İşçi Qrupu Milli Məclisin payız sessiyasına kimi qanun layihəsini hazırlayıb başa çatdırmalıdır.
Çünki sənədin parlamentin 2019-cu ildəki payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !