Dənizkənarı "razborka"lar Sumqayıtda yaşıllığın xəritəsini necə dəyişdi? - - Vüsal Məmmədov yazır..

Dənizkənarı "razborka"lar Sumqayıtda yaşıllığın xəritəsini necə dəyişdi? - Vüsal Məmmədov yazır..

(Dəqiqləşdirilməmiş məlumatlar əsasında)

Görmüsünüz də, orda 50-60 yaşlı ağaclar var.
Sumqayıt yeni qurulanda hiss olunurdu ki, kimya zavodlarının ucbatından burada yaşayış məşəqqətli olacaq.
Yalnız sıx yaşıllıq havadakı qazların nisbətini oksigenin xeyrinə dəyişə bilərdi.
Sumqayıt sürətlə yaşılaşdırılmağa başlanıldı. Xüsusilə dənizkənarı parkda çox sıx yaşıllıq salındı.
O vaxt şəhərin gecə həyatı indikindən daha qaynar idi... Sovet ölkələrindən təyinatı Sumqayıt verilmiş gözəl qızlar, iş yeri, karyera və bir az da gözəllik eşqi ilə bölgələrdən Sumqayıta üz tutmuş gənc oğlanlar... Yorulmaq bilməyən gənclər işdən sonra da əylənir, əylənirdilər. Bu əyləncə dolu axşam və gecələrdə yeyib-içib, testosteron hormonun təsiri altında emosionallaşıb, qız üstündə dava-dalaş salanlara da rast gəlinirdi. Bu dava-dalaşlar bəzən faciə ilə bitirdi.

Dənizkənarı parkın sıx ağaclıqları "razborka"ların, bıçaqlanmaların ən çox baş verdiyi yerə çevrilmişdi. Xüsusiə gecələr bu ərazilərə nəzarət çətinləşirdi.

Belə halda “raykom” qərara aldı ki, dənizkənarı parkda ağacların seyrəkliyini azaltmaq yaxşı olardı. Və ağacların bir hissəsi parkdan şəhərin çıxışına, bir hissəsi isə Bakı-Sumqayıt yolunun kənarlarına əkildi… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !