İsmayıllı rayonunda foto tur təşkil edilib - (+FOTOLAR)

İsmayıllı rayonunda foto tur təşkil edilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 29 iyunda Fərqanə Qasımlının təşəbbüsü ilə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri üçün qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsinə foto tur təşkil edilib. Basqal Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli fotoqraflara qoruq ərazisində bələdçilik edərək onlara tarixi yerləri və abidələri Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələrdə yerləşən IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, hamamlar, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri haqqında məlumat verib.Turun ən maraqlı hissəsi isə qədim Kəlağayı ipək mərkəzini və muzeyini ziyarət edərək Kəlağayı ustasıyla görüş olub.Turun əsas məqsədi keçmişə səyahət edərək cəmiyyətdə milli-mədəni irsimizin dəyərlərin qorunması və kənd turizimininin inkişaf etrilməsini təbliq edərək cəmiyyətə çatdırılmasıdı.Yaxın zamanda foto turdan çəkilən fotolardan ibarət kataloq hazırlanaraq sərgi keçiriləcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !