Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda institutun yaranmasının 3-cü il dönümünə həsr olunmuş tədbir keçirildi - (+FOTOLAR)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda institutun yaranmasının 3-cü il dönümünə həsr olunmuş tədbir keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İyulun 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda institutun yaranmasının 3-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Biologiya və tibb elmləri bölməsinin akademik katibi , akademik Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını salamladı. Ə.Əmiraslanov qeyd etdi ki, əsası hamımızın müəllimi, böyük alim Cəlal Əliyev tərəfindən qoyulan institutun bu gün 3 yaşı tamam olur. O qeyd etdi ki, burada əvvəldən gözəl bir qurum fəaliyyət göstərirdi. Həm maddi texniki baza, həm də kadr potensialı mövcud idi. C.Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil. Bütövlükdə ölkəmizdə hətta ölkəmizin hüdudlarından kənarda belə fotosintez sahəsində əldə edilən nailiyyətlər akademikin adı ilə bağlıdır. Akademikin yetirmələrinin Azərbaycandan kənarda qazandığı uğurlar bunu təsdiq edir. Cəlal müəllimin tələbələri böyük elmi mərkəzlərə rəhbərlik edir, elmə öz töhfələrini verirlər. Ə.Əmiraslanov institutun direktoru akademik İradə Hüseynovanın xidmətlərini xüsusilə qeyd edərək bildirdi ki, o alim xoşbəxtdir ki, onun yetişdirdiyi elmi məktəb var. O əmin olduğunu bildirdi ki, gələcəkdə bu insitutun yubileyləri qeyd ediləcək və onun əməkdaşlarının dünya elminə verdiyi töhfələrdən söz açılanda Cəlal müəllimi ehtiramla yad edəcəklər. Ə. Əmiraslanov institutun 3 illiyi münasibətilə BTEB adından hamını təbrik etdi və sözü akademik İradə Hüseynovaya verdi. 

 İ. Hüseynova tədbirə qatıldığına görə Ə. Əmiraslanova təşəkkürünü bildirdi. O, qeyd etdi ki, 30 iyun C. Əliyevin anadan olan günüdür və burada əyləşənlərin hər biri onu öz müəllimi hesab edir. İ.Hüseynova institutun yaranma tarixi haqqında qısa məlumat verərək Botanika İnstitutunda fəaliyyət göstərən Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsasında yaradıldığından və məhz iyunun 30-da Cəlal müəllimin anadan olduğu gün Botanika İnstitutunun tərkibində fəaliyyətinə xitam verildiyindən söz açdı. 2014-cü ildə akademiyanın ümumi yığıncağında institutun yaradılması haqqında qərar qəbul edildi və 2016-cı il iyulun 1-dən institut müstəqil fəaliyyətə başladı. Hazırda institutda 14 laboratoriya, o cümlədən 5 beynəlxalq laboratoriya, 3 şöbə fəaliyyət göstərir. 2015-ci ildən institutda magistratura təhsili başlamışdır. Artıq 3-cü ildir ki, institutda magistr buraxılışı keçirilir. İnstitutumuzda təhsil alan magistrlar xarici ölkələrdə öz fəaliyyətlərini davam etdirilər. İ.Hüseynova akademik A.Əlizadəyə və BTEB-in elmi katibi Ə.Əmiraslanova institutun yaranması və fəaliyyətində göstərdiyi qayğıya görə təşəkkürünü bildirdi. O həm də əmin olduğunu bildirdi ki, tezliklə institut əməkdaşlarının arzusunu nəzərə alaraq, instituta onun yaradıcısı olan C. Əliyevin adı veriləcək. C. Əliyev adına mükafatın təsis edilməsi məhz bu yolda atılan böyük bir addımdır.

Tədbirin sonunda C.Əliyevə həsr olunmuş “Əbədi Çıraq” filmi nümayiş olundu.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !