Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsasının qoyulmasının 20 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (+FOTOLAR)

Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsasının qoyulmasının 20 illik yubileyinə həsr olunmuş konsert keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 23 iyun 2019-cu il tarixində tarixində İsveçrənin Lixtenşteyq şəhərində "Evangelische kirche" kilsəsində Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsasının qoyulmasının 20 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin Violonçel ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Hüseynov Orxan sözügedən konsertdə solist qismində çıxış edib. Konsert “İl mosaico" İsveçrə Gənclər Orkestrinin müşayiəti, dirijor və bədii rəhbər Hermann Ostendarp’ın rəhbərliyi altında baş tutub. Tədbir İsveçrənin Azərbaycandakı Səfirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. Həmçinin, tədbirdə coğrafiya üzrə məşhur İsveçrəli professor Willi Stammherr Azərbaycan haqqında təqdimat nümayiş etdirib. Konsertdə aşağıdakı əsərlər səsləndirilib:

J. Haydn - Cello concerto in C dur N.1 ( solist Orxan Hüseynov )

A. Hoegger - Pastorale d'été

O. Zülfüqarov - Muğam və rəqs ( solist Orxan Hüseynov )

F. Chopin - Piano concerto N.2 ( solist Mathis Bereuter Almaniya).

Qeyd edək ki, konsertdə Azərbaycanın İsveçrədəki Səfirliyinin siyasi məsələlər üzrə müavini, müşavir Arif Məmmədov iştirak edib.

24 iyun 2019-cu il tarixində isə Hüseynov Orxan Luçern şəhərində Luçern konservatoriyasında məşhur isveçrəli violonçel ifaçısı Kristian Poltera tərəfindən keçirilən ustad dərsində iştirak edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !