Gənc fotoqrafların yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbirlər keçirildi - (+FOTOLAR)

Gənc fotoqrafların yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbirlər keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 28-29 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin 3-cüvə 4-cü günü foto və müxtəlif mövzularda təlimlər, maraqlı intellektual oyunlar və yarışlarla davam etdi.

Düşərgənin formatına uyğun olaraq tanınmış fotoqraf Vahid Həsənovun iştirakı ilə foto təlimlər zamanı əldə edilən biliklər əsasında iştirakçılar təbiətdə güllərin, çayların və s. obyektlərin fotolorının çəkilməsi və üzərində işlənilməsi ilə bağlı tapşırıqlar yerinə yetirdi. Növbəti təlim gənclər arasında yayılan zərərli vərdişlər narkomaniya, siqaret, alkoqolizm, internetdən düzgün istifadə etməməyin ziyanları haqıında Rəşad Nəbiyev məlumat verdi. Daha sonra sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yuxarıda sadlalanan zərərli vərdişlərin yaranma səbəbi və ondan xilas olmaqla bağlı mübarizə üsullarından bəhs etdi və mövzu üzrə müzakirələr aparıldı.

Daha sonra düşərgə iştirakçılarına “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev “Dövlət Gənclər Siyasəti”, “QHT-lərin cəmiyyətdə rolu” haqqında geniş məlumat verdi və mövzu üzrə müzakirələr davam etdi.

Məlumat üçün bildiririk ki, düşərgə 30 iyun tarixinədək davam edəcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !