Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib - (+FOTO)

Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, iyunun 29-da Ümumdünya Gömrük Təşkilatının Brüsseldə keçirilən Gömrük
Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları  başa çatıb.

Xatırladaq ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general- leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunurlar.
 

Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib.
 

Həmçinin, Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.
  

Qeyd edək ki, bütün üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin təmsil olunduğu Gömrük Əməkdaşlıq Şurası ÜGT-nin ali orqanıdır. Şura ÜGT-nin fəaliyyəti ilə bağlı bütün siyasi və strateji qərarları yekun olaraq qəbul edən  bir qurumdur. ÜGT Baş katibi o cümlədən ÜGT-nin bütün direktoratlıqları öz faəliyyətlərinin yekunları, o cümlədən müxtəlif işçi komitələr öz iclaslarının nəticələri barədə ÜGT Şurasına hesabat verirlər. Şuranın sədrinə 6 sədr müavini kömək edir. ÜGT idarəçiliyin rasionallaşdırılması baxımından 6 regiona bölünür ki, bu regionlar hər biri illik konfranslarında region üzrə ÜGT Şurasının sədr müavinini seçir.
  

Xatırladaq ki, cari ilin 25-26 aprel tarixlərində Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində keçirilmiş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycan Respublikası 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini seçilib. Beləliklə,  Gömrük ƏməkdaşlıqŞurasının iyunun 29-da keçirilən son
iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Eyni zamanda, Amerika Regionuna Dominikanın, Asiya-Sakit Okeanı Regionuna Hindistanın, Yaxın Şərq və Şimali Afrika Regionuna Bəhreynin, Şərqi və Cənubi Afrika Regionuna Botsvananın, Qərbi və Mərkəzi Afrika Regionuna Qvineyanın sədrliyi təsdiq edilib.

Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi  Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrükxidmətlərinin maraqlarını qoruyacaq. Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.

  Şübhəsiz ki, dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu regiona ölkəmizin gömrük xidmətinin sədr seçilməsi Prezident İlham Əliyevin gömrük orqanlarına göstərdiyi yüksək diqqət və qayğının, gömrük sistemində aparılan islahatlar hesabına Azərbaycan gömrüyünün nüfuzunun artmasının nəticəsidir.

   Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb.
 

Dövlət Gömrük Komitəsi sədrinin  Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsi  dövlət başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !