«Miss & Mister Top Model Azerbaijan 2019»-un möhtəşəm final gecəsi keçirilib - (+FOTOLAR)

«Miss & Mister Top Model Azerbaijan 2019»-un möhtəşəm final gecəsi keçirilib (+FOTOLAR)

İyun ayının 21-də «SHANI Hotel & Villas»-da «Miss & Mister Top Model Azerbaijan 2019» milli top-model müsabiqəsinin final gecəsi baş tutdu.

İlk milli top-model müsabiqəsi olan «Miss & Mister Top Model Azerbaijan 2019» 8 ay ərzində davam edib. Müsabiqəyə 60-dan çox olan bəylər və xanımlar qoşulublar. İştirakçılar - kastinq, seçim turları, opening-party və nəhayət final gecəsindən keçiblər.

Tanınmış aktyor və ssenarist Anar Xəlilovun və cazibədar "Miss Azərbaycan 2018" Nərmin Hacıyevanın aparıcı qismində çıxış etdikləri final şousu, Azərbaycanın ən möhtəşəm otellərindən biri olan «SHANI Hotel & Villas»-da keçirilmişdir.

Gecəyə öz çıxışları ilə «Let’s Dance» Team, «Titan» Robot Show, tanınmış rep ifaçısı Kamal Məmmədov (KQB), müğənnilər Əlican Həmid, Fərid Ağa, Elvin Babazadə, və DJ Noor, DJ Crazy birdə DJ Farid tamaşaçıları məmnun etmişdirlər.

Müsabiqənin rəsmi saytı olan www.misstopmodel.az online-səs vermənin və final gecəsinin münsiflər heyyətinin səsləri toplanaraq, «Miss & Mister Top Model Azerbaijan 2019»-un qalibləri - Xəyalə Əsgərova və Fərrux Rəcəbov seçilmişdirlər.

Qeyd edək ki münsiflər heyyətində tanınmış aktyor və rejissyor Samir Ələsgərov, rəssam və «Minabi» brendinin təsisçisi Milena Nəbiyeva, ölkəmizim şanson şahzadəsi Ceyhun Bakinskiy, dizayner, «by Vafa» brendinin təsisçisi Vəfa İsazadə, aparıcı, teatr və kino aktyoru Rüfət Nazar, vizajist Natalya İsm, teleaparıcı, aktyor, çox qadınların sevimlisi olan Şəhriyar Əbilov, «Miss Planet Top Model 2017» Günel Məmmədova, «2nd Runner Up of Miss Top Model Azerbaijan 2017» Röya İbrahimova və stilist Miri Yusif yer almışdırlar.

Qeyd etmək istərdik ki, müsabiqənin təşkilatçıları olan İnam Quliyev və Əli Rzayev söz verdikləri kimi, bizi yeni layihələri ilə sevindirərək «Little Top Model Azerbaijan» uşaq müsabiqəsinə start verirlər.

 

Video: Nicat Alışov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !