Bosniya və Hersoqivana Parlamentində Qarabağla bağlı beynəlxalq konfrans keçirildi - (+FOTOLAR)

Bosniya və Hersoqivana Parlamentində Qarabağla bağlı beynəlxalq konfrans keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, daha öncə də məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqovinada rəsmi görüşlərdən sonra növbəti önəmli fəaliyyəti həyata keçirdi.

Bosniya və Hersoqavinanın Nümayəndələr Palatasının konfrans zalında bu ölkədən olan millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli beynəlxalq konfrans öz işinə başladı. Konfrans başlamamışdan öncə ADTGT rəhbərliyi Asif və Gülnarə Bağırovanı Bosniya və Hersoqovina Parlament Assambleyasının sədri Bakir İzetbegoviç adından sədr müavini Enis Kondziç qəbul etdi və qonaqlara və konfransın işinə uğurlar arzuladı.

Konfransı giriş sözü ilə açıq elan edən Bosniya və Hersoqavinadan olan moderator, QHT rəhbəri Dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verdi və sonra sözü yerli ADTGT-nin Bosniya və Hersoqovinadan olan tərəfdaşı - QHT rəhbəri Jasmin İmamoviçə verdi. ADTGT ilə beş ildir davam edən əməkdaşlığını yüksək qiymətləndirən Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Daha sonra geniş təqdimatla ADTGT sədri Asif Əsgərli məruzə etdi. Dağlıq Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini, real vəziyyəti və Azərbaycanın haqlı ədalətli mövqeyini öz çıxışında ətraflı təqdim edən Asif Əsgərli münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayaraq Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə, 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladığını bildirdi.

Sonra məruzə ətrafında Zenitsa universitetinin hüquq professoru Dzcavad Dino Bosniya və Hersoqavinanın Rusiyadakı keçmiş səfiri, Tuzla Universitetinin rektoru Prof. Ənvər Haliloviç, Sarayevo universitetinin doktoru, beynəlxalq hüquq üzrə ekspert Enis Öməroviç və digər qonaq və ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyüynə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar etdilər.

Konfrans müzakirələrlə yekunlaşdı və iştirakçılara ADTGT tərəfindən Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair çap və audio-vizual materiallar təqdim olundu.

Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edildi və bu Bosniya və Hersoqovina KİV-lərinə yayımlandı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !