Abşeronlu gənclər hərbi xidmətə yollanıblar - (+FOTOLAR)

Abşeronlu gənclər hərbi xidmətə yollanıblar (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2019-cu il iyulun 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və valideynlər iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb.

Daha sonra valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri çıxış edərək hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyiblər.

Gənclər də, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !