Külli miqdarda psixotrop maddə-metamfetamin aşkarlanıb - (+VİDEO)

Külli miqdarda psixotrop maddə-metamfetamin aşkarlanıb (+VİDEO)

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
AZpress.AZ xəbər verir ki, məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından qardaşı ilə birlikdə gələn həmin ölkə vətəndaşı Amin Dana Hassanın idarə etdiyi “Samand” markalı 73D627-10 qeydiyyat nişanlı minik avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gövdəsinin sol hissəsində, avtomobilin döşəməsinə bitişik detalın içərisindəki zavod konstruksiyasında nəzərdə tutulan boşluqdan 3 ədəd qara rəngli polietilendə qablaşdırılması ilə birlikdə çəkisi 3470 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !