Sağlığında qiymət verin insanlara... - Sevda Əlibəyli yazır..(+FOTOLAR)

Sağlığında qiymət verin insanlara... Sevda Əlibəyli yazır..(+FOTOLAR)

Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, "Şöhrət" və "Şərəf" ordenli Canəli Əkbərovun insult diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilməsi xəbəri ildırım sürətilə dünyaya yayılıb.Xalq artistinin bütün müalicə xərclərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev fondu öz öhdəsinə götürüb.
Canəli Əkbərovun ailə üzvləri və bütün muğamsevərlər Mehriban xanımın xeyirxah münasibətinə görə minnətdarlıqlarını bildirirlər.
Xalq artisti klinikaya yerləşdirilən kimi ilk öncə sənət yoldaşları onu dövrəyə alıblar. Xalq artistləri Teymur Mustafayev, Möhlət Müslümov, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva, Simarə İmanova, Məsum İbrahimov, Zabit Nəbizadə, Zakir Əliyev, Yaqub Zurufçu, Təyyar Bayramov, Babək Niftəliyev və daha neçə tanınmış sənət adamı, işlədiyi universitetin rektoru Ceyran Mahmudova, tələbələri və tələbələrin valideynləri sənətkarı tək qoymurlar. Xan Şuşinskinin ailə üzvləri – qızı Bəyimxanım, oğlu Aslan, kürəkəni Vidadi gəlişləri ilə xanəndəyə xüsusi əhval-ruhiyyə bəxş ediblər. Muğam ustası Zahid Quliyev Almaniyadan təşrif buyurub:
- Ustadımın klinikaya yerləşdirildiyini eşidən kimi Bakıya uçdum. Bunu özümə mənəvi borc bildim. Canəli müəllim Asəf Zeynallı adına Musiqi Texnikumunda mənə muğamın sirlərini öyrədib. Möhtəşəm Opera və Balet Teatrında Canəli müəllim Məcnun oynayanda mən onun dostu Zeydi oynamışam. Bu rola məni Canəli müəllim hazırlamışdı. Teatrdan ayrılsaq da, yenə də dostuq. 15 ildir Almaniyada yaşayıram. Elə gün olmur ki, bir-birimizdən xəbər tutmayaq. Müəllimimin tez sağalıb həyata qayıtmasını arzulayıram.
Xalq artisti Arif Babayev insult keçirən xanəndə yoldaşının səhhəti ilə maraqlanacağını deyib: "Allah şəfa versin. Hazırda Bakıdan kənardayam. Xanəndə yoldaşımızdır, yaşlı adamdır. Allah köməyi olsun. İnşallah mən Bakıya gələnə qədər sağalar. Yox əgər xəstəxanada olsa, yanına gedib, Canəli müəllimin səhhəti ilə maraqlanaram. Sənətkar adamdı, bir-birimizə lazımıq. Bilmirəm bu dünya kimə lazım olacaq. İnsanlar əgər mehriban, dost olmasa bu həyat nə ilə yoğrulmalıdır?"
Bu günlərdə evə buraxılacaq Canəli Əkbərov müalicəsini evdə davam etdirəcəyini bildirib. Xalq artisti Azərbaycan muğamının bayrağını YUNESKO-ya qaldıran Mehriban xanıma müalicə işində himayədar olduğu üçün sonsuz minnətdarlığını bildirir. -Bu xəstəlik mənim üçün bir sınaq oldu,- deyir. Nəinki sənət dostlarımın, xalqımın necə qədirbilən, sənətsevər olduğunu dir daha bildim. Azərbaycanın elə bir guşəsi olmadı ki, gəlib mənimlə maraqlanmasınlar. Mərkəzi klinikada həkimlərin iynə-dərmanlardan başqa Mehriban xanımın himayədarlığı, xalqımın məhəbbəti mənə məlhəm oldu, məni yenidən həyata qaytardı. Qalan ömrümü də sənətimlə xalqıma xidmət etməklə keçirəcəyəm. İnşallah.
Xalqımın ülvi məhəbbəti qarşısında ürəyim vəcdə gəlir və Cabir Novruzun müdrik misraları yadıma düşür:


Sağlığında qiymət verin insanlara,
Sağlığında yaxşı deyin insanlara...


Sevda Əlibəyli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !