Bura Vətəndir devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinə yekun vuruldu - (+FOTOLAR)

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinə yekun vuruldu (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 30 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinə yekun vuruldu. İştirakçılar düşərgə daxili yarışmalarda, çempionatlarda iştirakına və faəllığına görə diplomlar və sertifikatlarla təltif edildi.
Düşərgə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil edildi. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olundu. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak etdi, musiqi gecələri, görüşlər keçirildi. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olundu. Düşərgənin formatına uyğun olaraq iştirakçıların foto sənəti üzrə bilik və bacarıqları artırıldı. Həmçinin sağlam və düzgün qidalanma mövzusunda təlimlər, zərərli vərdişlərlə mübarizə mövzusunda seminarlar, layihə yazılması, komanda işi üzrə təlimlər keçirildi və müzakirələr aparıldı.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !