Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib - (+FOTOLAR)

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)

İyunun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və aidiyyatı üzrə əməkdaşlar iştirak ediblər.
Akademik İsa Həbibbəyli yığıncağı giriş sözü ilə açaraq tədbirin bölmə üzrə "AMEA-nın professoru" elmi adını almaq üçün seçkiyə həsr olduğunu bildirib.
Sonra çıxış edən akademik Teymur Kərimli AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərarını xatırladıb. Müsabiqədə iştirak edən namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qrupunun yaradıldığını vurğulayıb.
Tədbirdə ekspert komissiyası və hesablayıcı komissiya təyin edildikdən sonra bölmə üzrə müxbir və həqiqi üzvlərin iştirakı ilə gizli səsvermə keçirilib. Nəticələrə görə, filologiya elmləri doktorları Salidə Şərifova, Sevinc Əliyeva və Səhər Orucova seçkidə qalib gəliblər. Bölmə seçkinin nəticələrini təsdiqləyib və Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !