Sevgilim Sumqayıt la görüş... - (+FOTOLAR)

“Sevgilim Sumqayıt”la görüş... (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı cari mövsümdə bir çox yeniliklərə imza atdı. Repertuar siyasətinin qurulmasında tamaşaçı rəyini əsas tutan, təbliğat yönümlü proqramlar hazırlayan SDDT kreativ layihələr çərçivəsində göstərilən tamaşalarla teatrsevərlərin diqqətini özünə cəlb etməkdədir. Bu istiqamətdə müsbət nəticənin əldə olunması ümumən yaradıcı heyəti daha da əzmlə çalışmağa sövq edir.
Qeyd edək ki, 50-ci mövsümün ikinci yarısında gerçəkləşdirilən layihərin sırasına biri də əlavə olundu. Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovun ideya müəllifi və layihə rəhbəri olduğu tamaşa Sumqayıt sakinlərinin marağına səbəb oldu. Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər silsiləsinə teatrımız da öz töhvəsini bu yeni layihə ilə verəcəkdir.
Bir neçə ay öncə tanınmış dramaturq, əsərləri -- ölkə teatrlarında, eləcə də bir sıra xarici ölkə teatrlarında uğurla nümayiş olunan əməkdar incəsənət xadimi Əli Əmirli şəhərin tarixini və ayrı-ayrı illərini əhatə edən hadisələri özündə ehtiva edən "Sevgilim Sumqayıt" pyesini teatrın bədii şurasına təqdim edib. Xeyli müddətdir ki, əsər üzərində yaradıcılıq işi getdi. Baş rejissor, xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi " Sevgilim Sumqayıt" tamaşasının hazırlıq prosesi yüksək temp və sevgilə tamamlandı. Tamaşa iki heyətdə; əsas və dublyor oyunçularla ərsəyə gəlib. Dünən “Sevgilim Sumqayıt” tamaşasına ictimai baxış keçirildi. Teatrın bədii şura üzvləri, şəhər rəhbərliyi tamaşa haqqında fikir və tövsiyələrini kollektiv üzvlərinə bildirərək, yaradıcı heyəti təbrik etmiş, bu layihəinin uğurlu bir iş olaraq şəhərimizin 70 illik yubileyinə teatrın layiqli hədiyyəsi olduğunu qeyd etmişlər.
Tamaşada teatrın aparıcı aktyorları -əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edir. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.. Sözügedən layihə bugün – 28 iyun saat 19:00-da şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi. Səhnə əsəri və layihə tamaşaya dəvət olunan ziyalılar, teatrşünaslar tərəfindən alqışlarla qarşılandı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !