Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib - (+FOTOLAR)

Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib (+FOTOLAR)

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Tələbəyönümlü təhsil yanaşması əsasında təhsil proqramlarının təkmilləşdirilməsi” mövzusunda növbəti seminar keçirilib. Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birgə keçirdiyi seminarı BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Vaqif Qasımov açaraq onun işinə uğurlar arzulayıb. Fransa, Litva və Latviyadan olan ekspertlərin də iştirak etdiyi tədbirdə Təhsil Nazirliyinin böyük məsləhətçisi Azad Axundov, Tvinninq layihəsinin koordinatoru Lisa Budanova tələbəyönümlü təhsil konsepsiyası və bu konsepsiya əsasında tədris prosesinin təşkili barədə danışıblar.
Tədbirdə 9 pilot ixtisas üzrə (kimya mühəndisliyi, kimya müəllimliyi, informatika müəllimliyi, riyaziyyat müəllimliyi, kompüter elmləri, biologiya, ekologiya, coğrafiya və fizika) 7 fakültənin əməkdaşları, o cümlədən dekanlar, fakültə Tədris Metodiki Şuranın sədrləri, dekan müavinləri, kafedra müdirləri, ixtisaslar üzrə təşkil olunmuş komissiya üzvləri və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak ediblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !