Bura Vətəndir devizli gənc həvəskar fotoqrafların yay düşərgəsi layihəsi... - (+FOTOLAR)

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsi layihəsi... (+FOTOLAR)

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin
açılış mərasimi keçirildi

 

Məlumat üçün bildiririk ki, 26 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi. Tədbiri girişi sözü ilə açan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev layihənin həyata keçirilməsində məqsədin gənclərin qeyri-formal təhsil vasitəsilə maarifləndirilməsi, yaradıcılıqlarının inkişafı və asudə vaxtının səmərəli təşkilindən ibarət olduğunu qeyd edib. Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, Göygölün təbiətinin düşərgələr üçün əlverişli olduğunu bildirib. Azərbaycan Gənclər Fondunun aparıcı məsləhətçisi Ülvi Adıgözəlov fondun fəaliyyətinin çoxşaxəli olduğunu, gənclərə və onların ideyalarını gerçəkləşdirmək üçün gələcəkdə də təmsil etdiyi qurum tərəfindən bir sıra müvafiq addımlar atılacağını qeyd etdi. Birliyin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 5 günlük düşərgə ərzində gənclərə sağlam qidalanma və düzgün həyat tərzi mövzusunda təlimlər haqqında və sağlam gələcəyin formalaşmasında düzgün qilanmanın vacibliyini vurğuladı. Daha sonra tanınmış fotoqraf gənclərə fotoqrafiya sənətinin düşərgə müddətində incəliklərini öyrədəcəyini və Azərbaycan təbiətinin gözəlliyinin təbliğində fotoqrafçılığın böyük əhəmiyyətə malık olduğunu qeyd etdi. Birliyin hüquq departamentinin direktoru Rəşad Nəbiyev düşərgələrin gənclərin həm asudə vaxtlarının səmərəli təşkil olunması, həm də yeni biliklərin əldə edilməsi baxımından vacib olduğunu bildirdi.
Düşərgə 26-30 iyun tarixləri arasında davam edəcəkdir. Layihə nəticəsində gənclər həm təbiət qoynunda fotoqrafçılıq sənətinin incəliklərinə yiyələnəcək, həm sağlam həyat tərzi, düzgün qidalanma mövzularında biliklər əldə edəcəklər. Layihə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil ediləcəkdir. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olunacaq. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcək, musiqi gecələri, görüşlər keçiriləcək. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr ediləcəkdir. Yarış qalibləri və fəalları sonda mükafatlandırılacaq.

 

                                                                                ***

 

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsi layihəsi çərçivəsində tədbirlər davam edir


27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin 2-ci günü tanınmış fotoqraf Vahid Həsənovun iştirakı ilə gənclərə fotoqraflıq sənətinin incəlikləri barədə nəzəri və praktiki məlumatlar verildi.
Düşərgə çərçivəsində növbəti təlim sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın iştirakı ilə baş tutdu. Məhsəti Hüseynova gənclərə sağlam və düzgün qidalanma, yuxu rejimi, geni dəyşdirilmiş orqanizmlər və qatqı maddələri barədə məlumatlandırdı.
Daha sonra düşərgə iştirakçılarına “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin iştirakı ilə layihə yazılışı, komanda işinin təşkili mövzularında praktik məlumatlar verildi.
Gün sonu düşərgə iştirakçıları foto dərslərdə öyrəndikləri bilikləri tətbiq etmək üçün Göygölə və Maralgölə ekskursiya etdilər.
Məlumat üçün bildiririk ki, düşərgə 30 iyun tarixinədək davam edəcəkdir. Layihə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil ediləcəkdir. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olunacaq. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcək, musiqi gecələri, görüşlər keçiriləcək. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr ediləcəkdir. Yarış qalibləri və fəalları sonda mükafatlandırılacaq.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !