Sumqayıt Dövlət Dram Teatrında növbəti tamaşa xeyriyyə məqsədilə nümayiş olunacaq... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında növbəti tamaşa xeyriyyə məqsədilə nümayiş olunacaq... (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrının 50-ci teatr mövsümündə istər repertuar siyasətinin düzgün qurulması, istərsə də müxtəlif yaş təbəqəsinin teatra cəlb edilməsinə hesablanmış layihələr, PR kompaniyalar hazırlanıb, uğurla həyata keçirilməsi istiqamətində böyük canlanma yaşandı.
Teatrın ən başlıca vəzifəsinin mədəniyyətə, incəsənətə, xüsusilə teatr sənətinə tamaşaçı sevgisinin aşılanması olduğunu düşünən teatr rəhbərliyi uğurlu nəticə almağın önəmli şərti kimi kollektiv daxilində səmimiyyəti, sağlam və işgüzar ab-havanın yaranması təcrübəli aktyorların gənc kadrlara dəstəyini göstərir. Hər zaman teatr kollektivinin problemləri ilə də maraqlanan rəhbərlik teatrın istedadlı aktyoru Yalçın Səlimovun sıxıntılı dönəmində aktyora mənəvi dəstək olmaqla yanaşı maddi yardım etməyi də düşünür.
Hər həftəsonu axşam tamaşaları ilə tamaşaçıların görüşünə gələn kollektivimiz bu şənbə 29 iyun saat 19:00-da Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası ilə çıxış edəcək. Belə ki, tamaşadan əldə edilən vəsait xeyriyyə məqsədilə aktyorun müalicəsi üçün sərf olunacaq. Teatr rəhbərliyi istedadlı aktyor Yalçın Səlimovun səhhəti ilə bağlı üzləşdiyi problemin həllində az da olsa kömək etmək arzusu ilə bu layihəni reallaşdırmışdır.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !