Çingiz Abdullayevlə səmimi söhbət... - (+FOTOLAR)

Çingiz Abdullayevlə səmimi söhbət... (+FOTOLAR)

Sabunçu Gənclər Evi və Azərkitab Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı çərçivəsində Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşdü.

Görüşdə Sabunçu Gənclər Evinin kitab və teatr klubunun üzvləri Çingiz Abdullayevin “Böyük oyun” əsərini həvəskar olaraq hazırlayıb canlandırdılar. Təqdimatdan sonra gənclərimizin yazarımız üçün keçirdiyi video sorğu izlənildi.

200-ə yaxın gəncin iştirakı ilə keçirilən görüşdə Çingiz Abdullayev əsərlərindən danışaraq həm onlara nəsihətlər verdi, suallarına cavab verdi, həm də kitablarını imzalayaraq şəkillər çəkdirdi.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Sabunçu Gənclər Evinin əsas məqsədi gənclərin sosial və fərdi inkişafına, cəmiyyətdə demokratik iştirakçılığına, onların intellekt səviyyəsinin yüksəldilməsinə nail olmaq və gənclər üçün sağlam mühitin formalaşdırılmasıdır. Gənclər Evi indiyə qədər keçirdiyi yerli və beynəlxalq layihələrlə, həmçinin daimi fəaliyyət göstərən 15-ə yaxın klub və dərnək ilə minlərlə gənci öz ətrafında toplayıb.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !