Ümumdünya Gənclər Nazirlərinin Konfransı və Lisboa+21 Gənclər Forumu - (+FOTOLAR)

Ümumdünya Gənclər Nazirlərinin Konfransı və “Lisboa+21” Gənclər Forumu (+FOTOLAR)

21-24 iyun 2019-cu il tarixində 21 il sonra yenidən Portuqaliyanın paytaxtı Lissabon şəhərində Ümumdünya Gənclər Nazirlərinin Konfransı və “Lisboa+21” Gənclər Forumu baş tutub. Forumda gənclər sahəsi üzrə nazirlərin görüşü həyata keçirilib.
Tədbirdə BMT Portuqaliya Prezidenti, baş katibi Antonio Quttereş və Portuqaliyanın baş naziri iştirak ediblər. Forumda ölkəmizi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova təmsil ediblər.
Dünya Gənclər Nazirlərinin iclasının açılış mərasimi Lissabon şəhərinin icra başçısı, Portuqaliya Respublikasının Təhsil Naziri və Portuqaliya Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədrinin çıxışı ilə elan olunmuşdur. Tədbirin ilk günü beynəlxalq mövzuların aktuallığı, okeanlar, çox tərəfli münasibətlərin vacibliyi, iqlim dəyişikliyi, həmçinin BMT-ə aid ümumi məsələlər müzakirə olunmuşdur.
Forumun 2-ci günü isə Portuqaliyanın Prezidenti Marselu Rebelu da Soza, daha sonra isə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş çıxış etmişdir. Gün ərzində Azərbaycan deleqasiyası İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən "Gənclər və dövlət" adlı sessiyasının çıxışçıları qismində iştirak ediblər.
Növbəti gün ərzində gənclərin problemləri, nazirlər və gənclər nümayəndələri arasında BMT tərəfindən qəbul olunmuş 2030 Gündəliyi çərçivəsində gənclər siyasəti və proqramları müzakirə edilib.
Forumun bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının baş katibinin Gənclər üzrə səfiri Cayathma Vickramanayake tərəfindən təqdim olunmuş Lisboa + 21 deklarasiyası elan edilmişdir. Daha sonra isə tədbir Forum Birləşmiş Millətlər Təşkilatının baş katibi António Quterreşin çıxışı ilə yekunlaşmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !