"Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçirilib - (+FOTOLAR)

"Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, iyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib.

Tədbirdə gənclər və sahibkarlar, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov qeyd edib ki, Forumun keçirilməsində məqsəd innovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gəncləri və sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, cari sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanlar yaratmaqdır.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək tədbirləri və layihələr barədə məlumat verib, gənclərin dünyagörüşünün genişləndirilməsi, ixtisas biliklərinin artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə “KOB Könüllüləri” Proqramının həyata keçirildiyini bildirib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün “TEDx” formatında baş tutan məlumatlandırma sessiyasında gənc sahibkar Elvin Dadaşsoy, Sara Rəcəbli, Hüseyn Hümbətov gənclərlə öz təcrübəsini bölüşüb, sahibkarlıq fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini bildiriblər.

Sonra KOBİA-nın və Gənclər Fondunun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar təqdim olunub və gənclərin sualları cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !