Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib - (+FOTOLAR)

Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib (+FOTOLAR)

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ətraf mühit kimyası” və “Ekoloji kimyəvi monitorinq” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Ekoloji kimya kafedrasının müdiri, ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şuranın sədri, professor Sevinc Hacıyevanın sədrliyi ilə keçirilən müdafiədə Azərbaycanın müxtəlif ərazilərində yerinə yetirilmiş tədqiqat işləri təqdim olunub.

Müdafiənin ilk günü Leysan Bayramlı “Bakı şəhəri Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqlarda Uranın təyini və ekoloji qiymətləndirilməsi”, Aygün Abbasova “Astara rayonu ərazisindəki termo və səth sularının tədqiqi və ekoloji qiymətləndirilməsi”, Dadaşova İlahə “Abşeron ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini”, Elnur Yolçulu “Sumqayıt ərazisində təbii sularda Cd, Hg, Pb elementlərinin AAS metodu ilə təyini”, Günel Hüseynova “Abşeron ərazisindəki artezian quyu sularının ekoloji qiymətləndirilməsi” və Nərmin Mirzəyeva “Azərbaycana idxal olunan və ixrac olunan subtropik meyvələrdə zərərli üzvi birləşmələrin təyini” mövzularında tədqiqat işlərini təqdim ediblər. Müdafiənin 2-ci günü Nabat Bahəddinli “Bəzi nadir torpaq elementlərinin ətraf mühit obyektlərindən ayrılmasının və təyininin yeni üsulunun işlənilməsi”, Rəvanə Qasımzadə “Molibdenin ətraf mühit obyektlərində sorbsiyası və qatılaşdırılaraq təyini”, Nərgiz Əlizadə “Balıq və ət məhsullarında ağır metalların təyini”, Murad Əliyev “Bakı şəhərinin sənaye rayonlarının (Binəqədi, Xətai) atmosfer havasının ekoloji qiymətləndirilməsi” və Məleykə Quliyeva “Azərbaycanın şimal bölgəsinin (Quba-Qusar misalında) təbii sularının ekoloji qiymətləndirilməsi” mövzularında dissertasiya işlərini müdafiə ediblər.

Ümumilikdə 11 nəfər magistr müdafiə işini uğurla təqdim ediblər.
Professor Sevinc Hacıyeva müdafiəyə buraxılan işlər haqqında münasibət bildirib, magistrların hazırlığını qənaətbəxş hesab etdiyini vurğulayıb.

 

Nərmin Əsədova

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !