Loqos da Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu mövzusunda tədbir keçirilib - (+FOTOLAR)

“Loqos” da “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib (+FOTOLAR)

26 İyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi, “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Loqos” un rəhbəri Təranə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ülviyyə Usubova, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşı Ruslan Həsənov və gənclər iştirak ediblər.
Əvvəlcə tədbiri Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin “İctimaiyyətlə Əlaqələr şöbəsi” nin rəhbəri Amal Əsgərov açaraq tədbirin proqramı haqqında geniş məlumat verib.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan “Çalış ki, Narkotikə Hədəf Olmayasan” video çarxı nümayiş edilib.
Daha sonra çıxış edənlər “Loqos” un rəhbəri Təranə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ülviyyə Usubova, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşı Ruslan Həsənov bildiriblər ki, bu cür tədbirlərin keçirilmə məqsədi gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.
Çıxışlardan sonra “Loqos” un psixoloqu Könül Cəfərova mövzu əsasında geniş təqdimat edib.
Sonda mövzu əsasında gənclərin sualları cavablandırılıb.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !