Botanika İnstitutunun doktorantı Yaponiyada təqaüd proqramını başa vurub -

Botanika İnstitutunun doktorantı Yaponiyada təqaüd proqramını başa vurub

 AZpress.AZ xəbər verir ki, AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının kiçik elmi işçisi Aynur Baxşiyeva Yaponiyanın Tsu şəhərində yerləşən Mie Universiteti¬ndə uzunmüddətli elmi ezamiyyətdə olub. Ezamiyyət Yaponiyanın Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun (Institute of Fermentation, Osaka, Japan) xarici tələbələr üçün təşkil etdiyi 6 aylıq təqaüd proqramı çərçivəsində baş tutub. Səfər müddətində A.Baxşıyeva Mie Universitetinin “Bitki Patologiyası” laboratoriyasında Prof. Dr Chiharu Nakaşimanın rəhbərliyi ilə “Azərbaycanda Peronosporales sırasına aid patogen göbələklərin növ müxtəlifliyi və molekulyar sistematikası” mövzusunda layihə üzrə elmi tədqiqat işi aparıb.

Təcrübə müddətində Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış herbari nümunələrinin və yeni toplanmış nümunələrin morfoloji analizi Zeiss Stemi 305 (Zeiss, Jena, Germany) və Zeiss Axio Imager A1 (Zeiss, Oberkochen, Germany) mikroskopları ilə uyğun protokol əsasında aparılıb. Ümumilikdə 205 nümunə təhlil edilib. Bu qrup göbələklərin sporongiofor, oospor, ooqoni kimi mühüm dioqnostik əlamətlərinə dair maraqlı məlumatlar əldə edilib. Həmçinin, yeni toplanılmış nümunələrin molekulyar yanaşmalarla (DNT ekstraksiyası, PZR və elektroforez) tədqiqi metodları mənimsənilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !