İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb - (+FOTOLAR)

İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 20 iyun tarixində Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin “Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışı və “Arşın mal alan” filminin nümayişi ilə başlayan İtaliyada İkinci Azərbaycan Film Festivalı 21 və 22 iyun tarixlərində davam edib.

Festivalın ikinci günüHeydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb. Filmin nümayişindən öncə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Roma Sapienza Universitetinin dossenti,Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)" adlı kitabın müəllifiDanile Pommier Vinçelli və həmin universitetin professoru, türkoloq Fabio Qrassi müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa müddət ərzində bu il 100 illiyi qeyd olunan Azərbaycan Respublikasının diplomatik xidmətinin yaranması da daxil olmaqla Azərbaycanın dövlətçilik tarixinə, sosial-siyasi həyatına gətirdiyi yeniliklər, Azərbaycan Xalq Cumhuriyyətinin süqutunu şərtləndirən səbəblər, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yol və ölkəmizin əldə etdiyi nailiyyətlər barədə danışıblar.“Son iclas” bədii-sənədli filmi barədə məlumat verən natiqlər bu filmin Azərbaycan Xalq Cumhuriyyətininkeşməkeşli tarixinin son günlərinə işıq saldığı və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini və italyan tamaşaçasının Azərbaycan tarixinin bu vacib dövrü barədə məlumatlandırılması üçün əhəmiyyətini bildiriblər.

Festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan“Nar Bağı” filmi də nümayiş olunub.

Festivalın sonuncu günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlayıb. “Üçüncü günün adamı” filminin nümayişindən öncə həmin filmin süjet xəttinə uyğun olaraq səfir Məmməd Əhmədzadə italyan tədqiqatçı-jurnalist, “İtaliyadan Azərbaycana Baxış” kitabının müəllifi Domeniko Letizia ilə birgə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin acı taleyi və öz evlərinə qayıtmaq kimi fundamental hüquqlarının pozulması barədə danışıblar. D.Letizia Azərbaycana səfəri vaxt məcburi köçkün ailələri ilə görüşləri barədə xatirələrini bölüşüb, onların öz doğma torpaqlarına qayıda və ailə üzvlərinin məzarlarını ziyarət edə biləcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib.

Festival yazıçı Anarın “Beşəmərtəbəli binanın altıncı mərtəbəsi” romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissor Rasim Ocaqov, baş rol ifaçılarıFəxrəddin Manafov və Meral Konrat olan “Təhminə” filminin nümayişi ilə yekunlaşıb.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festivala“Askanews” xəbər agentliyi,Azərtac, AzTV, və “AzerbaijanNews” xəbər portalımedia tərəfdaşlığı edib.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və festivalla bağlıİtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Il Messaggero”, “Askanews”, “Il Sole 24 Ore”, “Il Tempo”, “Libero Quotidiano”, “Affari Italiani”, “Virgilio”, “Quitidiano”, “Corriere dell’Umbria”, “Corriere di Rieti”, “Corriere di Arezzo”, “Corriere di Siena”, “Corriere di Viterbo”,“Romatoday”, “Tendenze online”, “Agenzia Nova”, “Fashion News Magazine”, “Funweek”, “Agenzia Stampa Italia”, “Estate Romana”, “Notizie Yahoo”, “Notizie Tiscali”, “Giornale Diplmatico”, “Notizie Geopolitiche”, “Consul Press”, “Artista News” və sair kimi populyar qəzet, xəbər agentlikləri və portallarda yazılar dərc olunub. Festival “Casa del Cinema” kino evinin rəsmi internet və sosial şəbəkə səhifələri, eyni zamanda, xüsusi olaraq yaradılmışhttps://www.facebook.com/cinemaazerbaigiano/ facebook səhifəsi üzrəindən də fəal təbliğ olunub.

Azərbaycan və İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin filmlərimiz vasitəsilə İtaliya ictimaiyyətini ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub və filmlərlə bağlı yerli auditoriya və kinosevərlər tərəfindən çoxsaylı müsbət rəylər səsləndirilib.Festival Roma şəhərinin məşhur yay axşamları təqviminə daxil edilməsi, açıq səma altında nümayiş etdirilməsi və ictiamiyyətə açıq olması səbəblərindən də şəhər sakinlərinin, o cümlədən turistlərin xüsusi diqqətini cəlb edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !