Amerikanın mülki təyyarələrinə İran sahilləri yaxınlığında uçmaq qadağan edilib -

Amerikanın mülki təyyarələrinə İran sahilləri yaxınlığında uçmaq qadağan edilib

 ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi Amerikada qeydiyyatdan keçən mülki təyyarələrə Fars və Oman körfəzləri üzərində, həmçinin Tehranın uçuş informasiyasına malik olduğu suüstü zonada uçmaq qadağan edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qurum bu addımı regionda hərbi əməliyyatların aktivləşməsi və siyasi gərginliyin artması ilə izah edir. Qadağa bütün kommersiya aviakompaniyalarına və şəxsi təyyarələrə aiddir.

Xatırladaq ki, iyunun 20-də iranlı hərbçilər Hormozqan əyaləti üzərində İranın hava məkanına daxil olan Amerikanın "Global Hawk” tipli pilotsuz uçuş aparatını vurduğunu elan edib. Pentaqon dronu itirdiyini etiraf edib, lakin onun Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında vurulduğunu bildirib.

"The New York Times” qəzetinin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi barədə sanksiya versə də, son anda əməliyyatı dayandırıb.

İran raketinin dronu vurduğu an həmin yerdən 72 kilometr məsafədə mülki təyyarə keçirmiş.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !