Reuters: - İran planlaşdırılan zərbələr barədə ABŞ-dan xəbərdarlıq alıb

Reuters: İran planlaşdırılan zərbələr barədə ABŞ-dan xəbərdarlıq alıb

 İran rəhbərliyi planlaşdırılan zərbələr barədə iyunun 21-nə keçən gecə ABŞ Prezidenti Donald Trampdan xəbərdarlıq alıb.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın hökumət dairələrində olan mənbə bildirib.

Məlumata görə, Donald Tramp İrandan Vaşinqtonun ayırdığı müddət ərzində ABŞ-la danışıqlara başlamağı tələb edib. İran isə təhdidə cavab olaraq ABŞ-ı ölkəyə endiriləcək zərbələrin "regional və beynəlxalq” riskləri barədə xəbərdarlıq edib. Trampın tələbi və İranın cavabı Omanın vasitəçiliyi ilə ötürülüb.

"Donald Tramp İranla istənilən müharibənin əleyhinə olduğunu və bir çox məsələ barədə Tehranla danışıqlar aparmaq istədiyini bildirib. O, cavab üçün bizə qısa vaxt verib. Lakin İran rəhbərliyi bu məsələ ilə bağlı ölkənin ali dini lideri Ayətullah Əli Xameneyinin cavab verəcəyini deyib. Lider isə istənilən danışıqların əleyhinədir. Lakin İrana qarşı hər hansı hücum regional və beynəlxalq nəticələrə səbəb olacaq”, - deyə mənbə bildirib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !