AYB XƏZƏR BÖLMƏSİNİN ÜZVLƏRİ “NƏSİMİDƏN FÜZULİYƏ” ŞEİR MÜSABİQƏSİNİN QALİBİ OLDU - (+FOTOLAR)

AYB XƏZƏR BÖLMƏSİNİN ÜZVLƏRİ “NƏSİMİDƏN FÜZULİYƏ” ŞEİR MÜSABİQƏSİNİN QALİBİ OLDU (+FOTOLAR)

21 iyun 2019-cu il tarixində Rəşid Behbudov adına Mahnı teatrında Azərbaycan Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən milli-mənəvi dəyərlərimizlə zəngin olan “NƏSİMİDƏN FÜZULİYƏ” şeir müsabiqəsinin yekun tədbiri keçirilib.
Tədbiri Dini Araşdırmalar mərkəzinin direktoru Natiq Rəhimov açaraq klassik poeziyamızı gənclər arasında təbliğ etməyin vacibliyini vurğulayıb.
Professor Tərlan Quliyev Nəsimi və Füzuli tondeminin Azərbaycan ədəbiyyatındakı əhəmiyyəti və özlərindən sonra yaranan ədəbiyyata təsiri haqqında çıxış edib.
Daha sonra AYB Xəzər bölməsinin sədri, şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəbdən söz açıb, “Hürufilik” təriqəti və orta əsrlərdə fəaliyyət göstərən digər təriqətlər haqqında ümumi məlumat verib. Nəsimi və Füzuli yaradıcılığına nəzər salan A.Buzovnalı onların əsərlərindəki poetik obrazlardan və rəmzlərdən, həmçinin irfani terminlərdən söz açıb. Təşkil olunan festivalların, müsabiqqələrin əruz ölçülü ədəbiyyatın təbliğində vacib rol oynayacağına ümidvar olduğunu bildirib.
AYB-nın katibi, yazıçı-dramaturq İlqar Fəhmi çıxışında Nəsimi və Füzulinin müasir ədəbiyyatda rolu, klassik şeir janrlarının gənclər arasında yayılması, Nəsimi və Füzuli kimi böyük şairlərin onlara təsirindən danışıb.
Sonda poeziya gecəsi müsabiqədə iştirak edən gənc yazarların şeirləri ilə davam edib, qaliblərin adları açıqlanıb. AYB Xəzər Bölməsinin üzvləri- Kamal Hüseynzadə I yer, Vəlixan Abdullayev II yer, Xəyal Vasif III yerin sahibi olublar. Müsabiqədə həvəsləndirici mükafatın sahibləri isə Tahirə Bərraq və Əlhəm Dəşti seçilib.
Müsabiqənin laureatlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

 

Ülviyyə İsrafilova
AYB-nin Xəzər Bölməsi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !