Əlyazmalar milli-mənəvi xəzinəmizin dəyərli nümunəsidir mövzusunda elmi konfrans keçirilib - (+FOTOLAR)

“Əlyazmalar milli-mənəvi xəzinəmizin dəyərli nümunəsidir” mövzusunda elmi konfrans keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Əlyazmalar milli-mənəvi xəzinəmizin dəyərli nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov açaraq əlyazmaların milli mədəniyyətimizdəki rolundan danışıb, yazılı abidələrimiz, onların tədqiqi, nəşri və təbliği istiqamətində son illər ölkəmizdə həyata keçirilən mühüm işlərdən söz açıb.

Fərman Xəlilov Naxçıvan Muxtar Respublikasında əlyazmaların toplanılması istiqamətində görülən tədbirləri diqqətə çatdıraraq bildirib ki, bu qədim diyarın müxtəlif tarixi qaynaqlarını əhatə edən əlyazma və qədim çap kitablarının toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunub, tədqiq və nəşr edilməsi işi 2005-ci ildən başlanılıb. O, fondda Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, əski çap kitabları və məktubların toplanıldığını, ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb və digər sahələrə aid materiallar əldə edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycan, türk, rus, fars və ərəb dillərində mühafizə edilən əlyazmalar və qədim çap kitabları tariximiz, mədəniyyət, elm və ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Daha sonra fondun şöbə müdiri Fəxrəddin Eylazovun “Əlyazmalar Fonduna daxil olan qədim əlyazma və çap kitabları” mövzusunda məruzəsi dinlənilib. Bildirib ki, Azərbaycanın tarix və mədəniyyətinin müxtəlif problemlərini özündə əks etdirən və orta əsrlərdə meydana gələn bu əlyazmalar zaman keçdikcə nadir mənbələrə çevrilib.

Fəxrəddin Eylazov 2019-cu ilin birinci yarım ilində Əlyazmalar Fonduna müxtəlif idarə və təşkilatlar tərəfindən, xüsusilə Naxçıvan Muxtar Respublika Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə verilən, həmçinin fərdi ekspedisiyalar zamanı əldə edilən bir çox əlyazma və qədim çap kitabları haqqında məlumat verib. O, tədqiqatlar zamanı Şərur, Şahbuz, Ordubad, Culfa, Sədərək, Kəngərli rayonlarının ərazilərindən toplanılan əlyazmaların yazıldığı və çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, mətbəə və karxanalar haqqında xeyli məlumat əldə edildiyini və müəllifi, katibi və çapına himayədarlıq edənlər içərsində bir çox naxçıvanlı şəxslər olduğunu bildirib. Diqqətə çatdırılıb ki, onlardan Əliqulu Mirzayi Naxçıvani, Məhəmmədqasım Ordubadi, Hacı Molla Məhəmməd Naxçıvani, Əsgər Ordubadi, Məhəmməd Əklisi və digərini qeyd etmək olar.

Sonda fondun elmi işçiləri Nicabət İsmayılova və Kübra Vəliyeva çıxış edib, iştirakçıların sualları cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                   

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !