AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək - (+FOTOLAR)

AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, ölkəmizdə işgüzar səfərdə olan "Clarivate Analytics” (Thomson Reuters) agentliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla görüşüblər.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdəAMEA ilə“Clarivate Analytics” təşkilatı arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Təşkilatın Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin agentliyə aid bazalardaAMEA-nın göstəricilərinidigər region ölkələrinin elmi mərkəzlərinin göstəriciləri ilə müqayisə edib. Direktor baza məlumatları əsasındaelmi əsərlərin sayına görə Azərbaycanın ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlməsini xüsusi olaraq qeyd edib. Təşkilat rəsmisi digər elmi sahələrdən fərqli olaraq humanitar sahənin alimlərinin elmi bazalarda az təmsil olunduğunu bildirib. O, bu sahənin alimlərinin bazanın imkanlarından faydalanmağacəlb edilməsi məqsədi ilə təşkilatın təkliflərini səsləndirib. Bununla əlaqədar ictimai və humanitar elm sahələrində alimlərin elmi nəticələrinin bu bazalarda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra “Clarivate Analytics”in Təhsil proqramları üzrə direktoru Valentin Boqorov təşkilata daxil olan elmi bazalarda AMEA-nın mövcud vəziyyəti haqqında elmi-analitik məlumatları təqdim edib vəfəaliyyətin yeni meyarlar əsasında qurulmasının zəruriliyini vurğulayıb.

Görüşdə AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 2016-cı ildə “Clarivate Analytics”təşkilatı ilə AMEA arasında sazişin imzalandığnı xatırladan Ə.Sadıqov hazırda AMEA-nın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin“Web of Science” bazasından geniş istifadə etdiyini bildirib vəbaza məlumatları əsasında AMEA-nınstatistik və analitik göstəricilərininəvvəlki illərlə müqayisədəkeçən il daha yüksək olduğunu qeyd edib.

Ə.Sadıqov bildirib ki, ötən həftə ölkə Prezidenticənab İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş elmi dərəcələr və adların verilməsi qaydaları haqqında əsasnamələrdən irəli gələn tələblər də göstərir ki, bundan sonra doktorant və dissertantlar elmi dərəcə almaq üçün beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdədaha çox məqalə dərc etməlidirlər.Bu isə elmi bazalardan istifadəni daha da genişləndirəcək.

Daha sonra “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə son 5 ildə “Web of Science” bazasında indeksləşən jurnallarda AMEA alimlərinin 3 minəyaxın məqaləsinin dərc edildiyini bildirib. Ekspert bazanın imkanlarından istifadə üçün bir sıra tələbləri sadalayıb, yeni modulların hazırlandığını deyib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil baş idarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov da iştirak edib.

Sondaregion ölkələrinin elmi mərkəzlərinin təşkilatla əməkdaşlıq səviyyəsi, jurnalların beynəlxalq elmi bazalara inteqrasiyası və s.mövzularda fikir mübadiləsi aparılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                   

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !