AMEA-da BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri ilə görüş keçirilib - (+FOTOLAR)

AMEA-da BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri ilə görüş keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov və həmkarı Sergey Rıbakov ilə görüşüb.

Görüşdə regionun qlobal ekoloji problemlərinin səbəbləri, təbiətə və bəşəriyyətə təsiri, fəsadları, iqtisadi zərəri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələrində bu istiqamətdə aparılan araşdırmalar, Xəzər dənizinin tədqiqi və mühafizəsi üzrə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə qonaqlara məlumat verib. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin Azərbaycana səfərini xatırladan alim müvafiq istiqamətdə beynəlxalq əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə ətraf mühit problemlərinin həlli üçün qlobal monitorinqlərin keçirilməsinin, istehsal sahəsinə nəzarətin gücləndirilməsinin, həmçinin cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi işinə elmi ictimaiyyətin cəlb edilməsinin vacibliyi vurğulanıb. Tərəflər bu istiqamətdə konkret məsələləri əhatə edəcək əməkdaşlıq sənədinin imzalanması üzrə razılığa gəliblər.

Görüşdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                   

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !