AtaBank NETTY 2019 mükafatını qazandı - (+FOTOLAR)

AtaBank NETTY 2019 mükafatını qazandı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-yə bu dəfə “AtaBank” ASC layiq görüldü.

Mükafat 19.06.2019-cu il tarixində Park İnn by Radisson Baku otelində bütün namizəd nümayəndələrinin dəvət olunduğu rəsmi mükafatlandırma mərasiminə banka təqdim edildi. İqtisadiyyat və biznes nominasiyasında iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal internet mənbələri sırasında AtaBank yenilənmiş internet səhifəsi ilə bu müsabiqəyə qatılmışdı.

Məlumat üçün bildirək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

İlkin səsvermə nəticəsində “AtaBank” ASC-nin rəsmi saytı Ekspert Şurasının üzvləri tərəfindən 200 bal və Virtual Münsiflər tərəfindən 37 bal əldə edərək topbirincilikdə yer almışdı. Daha sonra Müsabiqə qalibləriniAkademiya nümayəndələri səs verərək təyin etdilər.

İqtisadiyyat və Biznes nominasiyası üzrə birinci yeri qazanan AtaBank-a NETTY heykəlciyi təqdim edildi.
Tədbirdə iştirak edən bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov qeyd etdi ki, bankın yeni saytı üzərində komanda şəklində çalışıblar və ərsəyə getirdikləri bu işə görə əməyi keçmiş hər kəsə təşəkkürünübildirdi.atabank.com müştəriyönümlü olması ilə yanaşı, innovativ marketinq aləti kimi seçilir və NETTY mükafatı buna ən mükəmməl sübut oldu.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
NETTY 2019 mükafatına layiq görülmüş bank saytı ilə buraya keçib tanış ola bilərsiniz.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !