Bir müsahibənin yazdırdıqları - - Azər Həsrət yazır..

Bir müsahibənin yazdırdıqları - Azər Həsrət yazır..

Bu günlərdə “Unikal” qəzetinə bir müsahibə vermişdim. Müxtəlif suallar ətrafında söhbətimiz olmuş, lakonik cavablarımın yer aldığı müsahibədə həm də sosial mediadan danışmışdıq. Müsahibə “Bəzən çılpaq qızlar dostluq təklifi göndərir” başlığı altında yayımlanmışdı. Təbii ki, bu cümlə mənim verdiyim cavabdan götürülüb. Lakin bir sıra şəxslər müsahibəni oxumadan yalnız başlığa əsaslanıb ağıllarına və ağızlarına gələnləri tirajlamaqla məşğuldur. Ki, buna da əlavə aydınlıq gətirməyə zərurət yaranır.

Əlavə qeydlərə keçməzdən öncə müsahibədəki həmin hissəni təqdim edirəm:

 

Sual: İctimai-siyasi düşərgənin sosial şəbəkələrdən istifadəsi ilə bağlı da fikirləriniz maraqlı olardı. Bizim siyasi xadimlər, ictimai-siyasi fəallar sosial şəbəkələrdən lazımi formada istifadə edə bilirlərmi?


Cavab: Təəssüf ki, yetərincə deyil. Yaxud da uyğun şəkildə deyil. Fəal sosial media istifadəçisi olaraq sizə bir müşahidəmi çatdırmaq istərdim. Bəzən çılpaq qızlar şəxsimə dostluq təklifi göndərir. Təbii ki, rədd edirəm. Başa düşürəm ki, belə görüntü altında heç də məqsədi xoş olan birisi yoxdur. Belə hesablardan istifadə edənlərin məqsədi adətən çirkin olur. Maraqlıdır ki, elə insanlar mənə dostluq göndərəndə açıb profillərini də nəzərdən keçirirəm. Və çox zaman görürəm ki, ictimai-siyasi cameədə yetərincə tanınan şəxslər o cür uyğunsuz profillə dostluq edir. Özü də tanınmış siyasət adamlarımız olur onların arasında. Bu isə ondan xəbər verir ki, ictimai-siyasi düşərgənin heç də bütün üzvləri sosial mediadan uyğun şəkildə istifadə etmir və ya edə bilmir…

 

Göründüyün kimi, olduqca ciddi bir məsələylə bağlı sual verilib, mən də yetərincə ciddi cavab vermişəm. Əslində cavabı bu cür verməkdə məqsədim ictimai-siyasi fəal insanların sosial mediada dostluq etdikləri şəxslərə diqqət yetirməli olduğunu vurğulamaqdı. Cavabda da qeyd etdiyim kimi, bəzən çox məşhur adamların dostluğunda həqiqətən geyiminə, davranışına diqqət etməyən qızların da adını görəndə çaşıb qalıram. Hələ onu da deyim ki, belələrinə bəzi deputatların da dost siyahısında rast gəlmək olur. Məncə, bir siyasət adamı belə məsələlərdə də diqqətli olmalıdır. Şəxsən özüm elə dostluq təkliflərini əvvəlcə nəzərdən keçirirəm, sonra da rədd edirəm. Yaxud da əvvəlcə normal adam kimi dostluğuma aldığım birisi sonradan fərqli və yuxarıda qeyd etdiyim kimi önümə çıxırsa, onu dərhal dostluqdan silirəm. Əlbəttə, insanlar öz seçimlərində sərbəstdir, buna sayğılıyam. Lakin düşünürəm ki, mənimlə bir sırada olanlar (hətta sosial mediada belə) uyğun şəkildə də gözə görünməli, özlərini ifadə etməlidir.

O “çılpaq qız” dediklərim isə bir qayda olaraq saxta profillər və ya macəra axtaranlar olur. Mənə görə, bir siyasət adamının, ictimai fəalın və ya millət vəkilinin sosial mediada belələri ilə ortaq nöqtəsi ola bilməz. Ona görə də müsahibədə bu məsələyə belə yanaşma sərgiləmişdim. Lakin hər şeyə mız qoymağa öyrəşmiş bəzi şəxslər burda da sataşmağa bir məqam tapdılar və öz ağıllarınca məni gözdən salmağa çalışdılar. Bir daha əmin oldum ki, məni tənqid edənlərin böyük əksəriyyəti bu qədər dayaz və qərəzli insanlardır. Təbii ki, belələrinə çox da vaxt ayırmaq doğru deyil. Ancaq bəzən belə izahlar vermək lazımdır ki, o ünsürlər cəmiyyəti çaşdıra bilməsinlər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !