“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib - (+FOTOLAR)

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib (+FOTOLAR)

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ““Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində sonuncu görüş 62 №-li məktəb-liseydə baş tutub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarlı rəhbərlik etdiyi məktəb haqqında qonaqlara ətraflı məlumat verib. Şagirdlərin uğurlarıdan danışıb.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai birliyinin prezidenti Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

DAVİB prezidenti bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir.

Nəsimi Qarabağlı qeyd edib ki, Aprel döyüşləri ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. İctimai Birliyin rəhbəri deyib ki, bu döyüşlərdə Azərbaycan Ordusunun real gücünü bir daha təsdiq etdi.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, aprel döyüşləri dövründə ictimai siyasi və vətənpərvərlik məsələlərində ümumi həmrəyliyin yüksək olduğunu qeyd edib.

Məktəbin yuxarı sinif şagirdləri Aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet İştirakçılara paylanılıb.

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !