İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi məlum oldu - (+FOTOLAR)

İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi məlum oldu (+FOTOLAR)

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.
Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradılması nəzərdə tutulub. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirirdi.
Festivalın şərtlərinə görə ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Uşaq Münsif Heyətinə qoşulmaq üçün 7-13 yaş həddi müəyyən olunmuşdu. Müraciətlər iyunun 10-na qədər qəbul edilirdi.
ANİMAFİLM-in təşkilat komitəsinin məlumatına görə festivala gəlmiş müraciətlərə baxılaraq onlar arasından 5 uşaq seçilib.


Beləliklə, Uşaq Münsiflər Heyəti aşağıdakı tərkibdə müəyyən olunub:

1) Aydan Kərimli
2) Beril Karaoğlu
3) Fatimə Allahverdiyeva
4) Nilufər Əzimzadə
5) Zərif Qasımova
Seçilmiş münsif-uşaqlar rejissor Elçin Hami Axundov tərəfindən təlim keçdikdən sonra öz işlərinə başlayacaqlar.

 

Xatırlatma
18-20 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına film və ssenarilər qəbulu davam edir. Builki festivalın şüarı "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən olunub. Bu il müraciətlər ən böyük beynəlxalq festivallar platforması olan FilmFreeway vasitəsilə aparılır. Film və ssenarilər üzrə müsabiqə kateqoriyaları aşağıdakılardır:
• Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
• Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər)
• Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)
• Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari
Beynəlxalq münsiflər heyətinə “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi rəhbərlik edəcək.
Festivalın təşkilat komitəsinin bildirdiyinə görə, seçim komissiyasına 45 ölkədən 115-dan çox müraciət daxil olub. Festival müsabiqələrinə müraciətlər 2019-cu il iyulun 31-nə kimi qəbul olunacaq.
Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az rəsmi saytından əldə etmək olar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !