"Çernobıl" serialının müəllifi faciə məkanında selfie çəkdirənlərə xəbərdarlıq edir -

"Çernobıl" serialının müəllifi faciə məkanında selfie çəkdirənlərə xəbərdarlıq edir

Turist Çernobıl qadağan olunmuş zonasında yerləşən boşaldılmış Pripyat şəhərində selfi çəkir


Çernobıla səyahət edən turistlər diqqətli olmalıdırlar, şəhərdə baş vermiş nüvə fəlakəti haqqında filmin müəllifi xəbərdarlıq edib.

Ukraynada 1986-cı ildə baş vermiş dünyanın ən dəhşətli nüvə fəlakətlərindən birinin baş verdiyi şəhərə baş çəkən turistlərdən bəziləri xarabalıqlar arasında gülərək çəkdirdikləri şəkillərini paylaşırlar.

Bir nəfər isə hətta yarıçılpaq şəklini paylaşıb.

Fəlakət barədə məşhur filmin müəllifi Craig Mazin deyib ki, insanların bura "axını çox yaxşı haldır".

Lakin o insanları "burada baş vermiş dəhşətli faciə" barədə də xəbərdar edib.

Faciədən zərər çəkmiş insanların təxmini sayı barədə müxtəlif fikirlər mövcuddur.

Çernobıl Forumunun bildirdiyinə görə, radiasiyadan 50 nəfər həlak olub, lakin fəlakət nəticəsində yaranmış xəstəliklərdən tədricən 9000 ölüm halının ola biləcəyi də ehtimal edilir.

"Bütün zərər çəkmiş və həlak olmuş insanlara qarşı hörmətlə davranın", Craig Twitter-də yazıb.

Çernobıl və Pripyat şəhərləri ətrafında qadağan edilmiş zonaya turist səfərləri təşkil edən bir çox şirkətlər fəaliyyət göstərir.

Çernobılda işləyən fəhlələr və ailələri üçün salınmış Pripyat şəhərinin faciədən öncə 60 000 əhalisi olub.

Hazırda bu şəhər tamamilə boşaldılıb və keçən il ərzində buranı təxminən 60 000 insan ziyarət edib.

Qadağan edilmiş zona Ukraynadan Belarusa qədər ərazini əhatə edir.

Faciə ilə bağlı çəkilmiş filmin ardından qadağan edilmiş əraziyə gələn turisrtlərin sayı artıb. Oradakı tikililər indi İnstagram paylaşımlarında arxa fonu bəzəyir.

Faciə nəticəsində ölən insanların sayı ilə bağlı rəqəmlər ziddiyyətlidir.


Çernobıl turlarında suvenirlərin satışı da təşkil edilib


Çernobıl Forumunun 2005-ci ildə hazırladığı hesabata görə radiasiya nəticəsində təxminən 50 insan həlak olub.

Lakin eyni zamanda tədricən 9 000 insanın ölə biləcəyi də ehtimal edilir.

Greenpeace isə 93 000 nəfərin öldüyünü göstərir.

Müqayisəyə səbəb olmayan isə radiasiyanın 5000 insanda qalxanvarı vəz xərçənginə yol açması və onlardan çoxunun müalicə olunmasıdır.

Çernobıl filminin müəllifi də insanların bunu xatırlamalarını istəyir.

Bu ilk dəfə deyil ki, insanlar tarixi yerlərdə çəkdirdikləri selfilərə görə tənqdid edilirlər.

2014-cü ildə amerikalı azyaşlının Auschwitz Konsentrasiya Düşərgəsində çəkdirdiyi selfi tənqidi reaksiyaya səbəb olmuşdu.

 

BBC AZƏRBAYCANCA 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !