Azərbaycançılıq ideyasının təbliğində Heydər Əliyev məfkurəsi - - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

Azərbaycançılıq ideyasının təbliğində Heydər Əliyev məfkurəsi - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycançılıq ideologiyasının universitet tələbələri arasında təbliği” layihəsi çərçivəsində Azərbaycan Neft və Sənaye Universitetində tədbir keçirdı və bu tədbirə ekspert qismində dəvət aldığım üçün məmnun oldum.
Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayevin, Birliyin sədri Əlövsət Allahverdiyevin, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov mövzu ilə bağlı çıxışları həqiqətəndə doğurdanda iştirakçılarda rəğbət hissi doğurdu.
Azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir "Prezident İlham Əliyev bu məfkurənin daha geniş coğrafiyada yayılmasına, diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, soydaşlarımızın daha sıx birləşməsinə xidmət edən bir çox tarixi əhəmiyyətli qərarlar qəbul edib.
Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir. Məlum obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Buna baxmayaraq, xalqımız öz kimliyini heç vaxt unutmayıb. Müstəqillik əldə edənə qədər çətinliklərə rəğmən, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq.

Azərbaycançılıq xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir Bu ideologiya Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən bütün insanları birləşdirir: "Beləliklə, azərbaycançılıq xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideya birliyi azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, ölkəmizin müstəqilliyini, birliyini və demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır”.

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz.

Ailədən başlayaraq, təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır. Əgər proses sistemli şəkildə həyata keçirilərsə, azərbaycançılıq ideologiyası böyüyən nəslin canına, ideyalarına, baxışlarına, əməllərinə hopar.

Azərbaycançılıq ideyası coğrafi anlayış deyil Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Ona görə də bu ideologiyanın təbliğinə böyük önəm vermək lazımdır”.

Son illərdə azərbaycançılıq ideologiyasına maraq artıb Hazırda isə, demək olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutub. Heç şübhəsiz ki, bu mənzərə nisbi xarakter daşıyır. Son illərdə milli ideologiyaya maraq artıb. Bu da onu göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək güclü və əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər.

Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyimizin nümayişinin parlaq təzahürü oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur.


Faiq İsmayılov
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !