BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib - (+FOTOLAR)(YENİLƏNDİ)

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR)(YENİLƏNDİ)

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.


Universitetin rektoru Elçin Babayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

 

Azərbaycan xalqını nicata aparan yolun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtdığı gündən başladığını qeyd edən rektor Elçin Babayev Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək respublikanı parçalanma təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Rektor Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan qüdrətli bir dövlətə çevrildiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının müdiri, millət vəkili Kamilə Əliyeva Ulu Öndər Heydər Əliyevin adının müstəqil tariximizə silinməz və qızıl hərflərlə yazıldığını bildirib.

 

Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov Ümummilli Liderin müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

 

Jurnalistika fakültəsinin I kurs kurs tələbəsi Rəşad İmanovun çıxışından sonra tədbir bədii hissə ilə yekunlaşıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !