QƏRİBƏ BİR GÜL VAR "ALP DAĞLARINDA" - - Vahid Əziz yazır..

QƏRİBƏ BİR GÜL VAR "ALP DAĞLARINDA" - Vahid Əziz yazır..

QƏRİBƏ BİR GÜL VAR "ALP DAĞLARINDA"

 

Qəribə bir gül var "Alp dağlarında",
görənrər deyir ki :"Daşdır ürəyi
hərdən qəribsəyib tənha qalsa da,
yaxına buraxmaz hər kəpənəy,

 

can verər ətrini aləmə yayıb,
həm də--kəpənəktək ömrü az olur,
onu indiyədək dərən olmayıb,
insan əl vuranda həmin an solur"

 

Onu nə oxşayan,də dərən olub,
nə də görən olub bir xəzəl kimi.
özü qönçə tutub,açılıb,solub,
sönüb təkəbbürlü bir gözəl kimi.

 

Günəşdən utanar,boy verər Aya,
lalətək bahardan o yana qalmaz,
tanıyan deyir ki:""Bu çiçək,güya,
"Xarı bülbüllərə" bənzəyir bir az".

 

Ömrümün payızı günləri sayır,
qəmli həyatımın nələri qalmış?
"Xarı bülbüllərə" əlim çatmadı,
uzaqlar Bakıya daha yaxınmış... 

 

                                                                                   ***

 

YERİYİR...

 

Qaranlıq yenicə sınıb,ovulub,
nazlana-nazlana bir qız yeriyir,
sanki rəva bilib göylərdən qopub,
torpağın üstüynən ulduz yeriyir,

 

Elə bil çiçəkdir çəməndən çıxan,
alovdur,ilğımdır,şimşəkdir çaxan,
ürəyim söz dolu,gözlərim baxan;
çağıra bilmirəm--adsız yeriyir,

 

Bəlkə dərsə gedir,bəlkə görüşə?
örtür gözlərini dumanlı şüşə,
Günəş də çıxmır ki,kölgəsi düşə,
mən də aralıyam--yalqız yeriyir,

 

Olmaya qəlbimin səsin eşitdi?
süzüb təkəbbürlə, qürurla getdi,
bilmədim geydiyi ətlasdı,çitdi?
deyərdin--bəzəkli tovuz yeriyir,

 

Hər kəsə doğmayam mən bu sahildə,
o qəlbə yol tapım hansı şəkildə?
birazdan səmaya qalxdı bəlkə də,
get-gedə tələsir,pərvaz yeriyir...

 

                                                                                  ***

 

TANIDIM...

 

Köks ötürdü saçımdakı qarlara,
demədiyi sözlərindən tanıdım,
nəzər saldım üzündəki xallara,
xumarlanan gözlərindən tanıdım..

 

Oturmuşduq bir vaqonda üzbəüz,
yenə həmin qəmli baxış,nurlu üz,
əzəlkitək mənə doğma,çox əziz-
çanta örtən dizlərindən tanıdım.

 

Çıxıb getdi bir əsimlik meh kimi,
addımları çilənirdi şeh kimi,
ürəyimi sızıldatdı ney kimi;
canımdakı közlərindən tanıdım.

 

Ulduz oldu qaranlıqda əriyən,
cəhd etmədim arxasınca yeriyəm,
o,özgənin,mənsə onun sirriyəm-
ömründəki izlərimdən tanıdım...

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !